Böyük Britaniyanın Milli Səhiyyə və Qulluq İnstitutunun (NICE) alimləri koronavirusun uzanan mərhələyə keçə biləcəyini rəsmən təsdiqləyiblər, habelə onu tanımağa kömək edəcək simptomları sadalayıblar.
Alimlərin sözlərinə görə, uzanan COVID-19 12 həftədən çox davam edə bilər.
Üstəlik, simptomlar siyahısı çox dəyişdiyindən diaqnoz qoymaq da son dərəcə çətindir. Belə ki, xəstədə döş qəfəsində ağrılar, davamlı halsızlıq və öskürək ola, ürək döyüntüsü arta bilər.
Alimlər belə vəziyyətdə insanın nevroloji simptomlar göstərə biləcəyini qeyd edirlər. Bu kimi simptomlara misal kimi də yuxu pozğunluğu və ya başgicəllənmə göstərilir.
Bundan əlavə, uzanan COVID-19 diaqnozu təsdiqlənmiş xəstələr mədə-bağırsaq problemləri, əzələ və oynaqlarda ağrı və dəri səpkiləri barədə məlumat veriblər. Bütün bunlar koronavirusa yoluxmuş pasiyentdə xəstəliyin ən ağır dövrünün geridə qaldığı və virusa qalib gəlindiyi düşünüldüyü halda belə, uzun müddət özünü göstərə bilər. (Report)
COVID-19 xəstəliyini necə müəyyənləşdirmək olar?
08
yanvar
19:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat