Biləsuvarda Vətən müharibəsi qaziləri olan əkiz qardaşlar coşqu ilə qarşılanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Həsənağa və Qalib Bağırlı qardaşlarının Azərbaycan Silahlı Qüvvələri sıralarından təxris olunublar. Biləsuvar rayonununa qayıdan əkiz qardaşların rayon mərkəzində qarşılanma mərasimi keçirilib.
Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına çağırılan Həsənağa və Qalib sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında qəhrəmanlıq nümayiş etdiriblər.
Onlar ilk döyüşlərə Füzuli istiqamətində başlayıblar. Daha sonra isə Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak ediblər.
Hər iki qardaş müzəffər Azərbaycan Ordusunda xidmət etdiyinə görə fəxr etdiklərini bildiriblər.
Həsənağa və Qalib Bağırlı qardaşları döyüşlər zamanı nümayiş etdirdikləri şücaətə görə, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonunun azad olunmasına görə medalları ilə təltif ediliblər.
Qeyd edək ki, əkiz qardaşlar 1997-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olublar. Orta məktəbi bitirdikdən sonra 2016-2018-ci illərdə həqiqi hərbi xidmət keçiblər.
"Report"un Muğan bürosunun müxbiri Tural Nəsirovun əkiz qəhrəmanlar barədə hazırladığı videoreportajı təqdim edirik.
Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - VİDEO
12
yanvar
20:40

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat