“Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə davam edir. Son aylar ölkəmizdə virusa yoluxma artsa da, görülən karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını almaqdadır. Ölkədə vaksinasiya tədbirləri həyata keçirildikdən sonra isə, yoluxmaların sayında ciddi azalma baş verəcək”.
Bunu baş infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, xəstəlikdən sağalan insanların immuniteti də bu işdə rol oynayır:
"Bir tərəfdən insanların xəstələnərək immunitet əldə etməsi, digər tərəfdən vaksinasiya olunaraq süni immunitet qazanması, sonda kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində xəstələnənlərin sayında xeyli azalmaya səbəb olacaq".
Baş infeksionist qeyd edib ki, bu proseslərdən sonra virus tam aradan qalxmasa da, bugünkü kimi qlobal səviyyədə xəstələnmələr baş verməyəcək: "Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq".
“Son aylar ölkəmizdə virusa yoluxma artsa da…” - Baş infeksionist
14
yanvar
09:40

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi