Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Xocalı yol idarəsinin əməkdaşı MİNAYA DÜŞDÜ
14
yanvar
10:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat