Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti ölkənin “Gədəbəy” müqavilə sahəsinin mərkəzində yerləşən yeni “Zəfər” adlanan qızıl-mis yatağını kəşf edib.
Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Məlumata görə, "Anglo-Asian Mining Plc." şirkətinin kəşfiyyat qrupu Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib: “Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Sahə kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 6 775 metr dərinlikdə cəmi 12 quyu qazılıb”.
Bildirilir ki, hazırda yeni yataqda qazma işləri davam etdirilir və zərurət yaranarsa geofiziki işlər aparılacaq: “2020-ci ildəki işlərin nəticələrinə əsasən yatağın potensialının ilkin qiymətləndirilməsi təqribən 6 milyon ton minerallaşmış daşdır. Şirkət gələcək hasilat və istehsalı müəyyən etmək üçün iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın minerallaşmasının davamlılığını qiymətləndirməyə davam edəcək”.
"Anglo-Asian Mining Plc." şirkətinin Baş direktoru və prezident Rza Vəziri bildirib ki, bu kəşf şirkətin “Gədəbəy” müqavilə sahəsinin davamlı potensialına və kəşfiyyat proqramlarının səmərəliliyinə inamını nümayiş etdirir.
Onun sözlərinə görə, şirkət yeni kəşfin ehtiyatlarını JORC Məcəlləsinə əsasən qiymətləndirmək və sahəni kommersiyalaşdırmağın ən yaxşı yolunu müəyyənləşdirmək üçün işləyir.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
Azərbaycanda yeni qızıl yatağı kəşf edildi
19
yanvar
14:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat