Bir neçə gün öncə yağan qarın əriməsi nəticəsində Maştağa qəsəbəsi H.Heybətov küçəsini su basıb.
Bununla bağlı N.Heybətov küçəsinin sakinləri Qaynarinfo-ya məktub ünvanlayıb. Sakinlərin sözlərinə görə, səviyyə qalxdığından evləri də su basıb:
"Bu barədə "Azərsu" ASC-in "955” qaynar xəttinə, Sabunçu RİH, Maştağa bələdiyyəsi, Sabunçu RİH Maştağa qəsəbəsi nümayəndəliyinə, FHN-nə məlumat vermişik. Maştağa bələdiyyəsindən və FHN "112” xəttindən bizə bildirdilər ki, "gedin torpağı kimdən almısınızsa, ona deyin, gəlib suyu çəksin". Odur ki, Prezident İlham Əliyevə müraciət etdik. Bu, çirkab suları deyil, yağıntı və qrunt sularıdır. Hər dəfə kiçik bir yağıntı olanda biz bu vəziyyətə düşürük. Artıq illərdir oktyabr-aprel aylarında bu şəraitdə yaşayırıq”.
Maştağa qəsəbəsinin bələdiyyə sədrinin müavini Ağazakir Abdullayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ərazidə kanalizasiya xətti olmadığından bu problem illərlə yaşanmaqdadır:
"Maştağa qəsəbəsində kanalizasiya sistemi yoxdur. Bizə həmin küçədəki problemlə bağlı müraciət daxil olmayıb. Qar, yağış yağır, sular da yığılır. Kanalizasiya sistemi yoxdursa, bələdiyyə ona nə etsin? Suyu hara vuraq? Kiminsə evinin qarşısına su vurmaq olar? Kanalizasiya sistemi həll olunana kimi bu problem qalacaq. Dövlət proqramında 2020-ci ilə kimi kanalizasiya xəttinin çəkiləcəyi nəzərdə tutulmuşdu. Amma Vətən Müharibəsi başladı, odur ki, məsələ qaldı”.
Müharibə başlamasa, Maştağa xilas olacaqmış?.. - VİDEO
26
yanvar
16:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat