"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) artıq əvvəlki nəhəng nazirlik deyil. Onun tərkibində olan əsas strateji qurumlardan "Aztelekom", "Baktelekom", "AzİnTelecom", "Azercell" və s. idarəetməsi bir müddət öncə yaradılan Holdinqə həvalə edilib. Bu baxımdan nazirlik qarşısında duran vəzifələr, prioritetlər qısa müddət öncə kəskin şəkildə dəyişib. Yeni təyinatı da bu yöndə qiymətləndirmək doğru olardı".
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rəşad Nəbiyevin təyinatını şərh edərkən deyib.
Onun sözlərinə görə, nazirlik daha çox təmizlənmə, səmərəli idarəetmə, rəqabətli mühitin formalaşması, innovasiyalar və sektorda dövlət siyasəti ilə bağlı məsələlərlə məşğul olmalıdır: "Nazirlik qarşısında duran vəzifələr baxımından Rəşad Nəbiyevin nazir təyinatı uğurlu hesab oluna bilər. Əvvəlki dönəmlərdə o, məhz sektorda iqtisadi təhlillərə cavabdeh şöbəyə rəhbərlik edirdi.
Hətta xatırlayıram ki, uzun müddət öncə onun rəhbərlik etdiyi şöbə sektorun tənzimlənməsi ilə bağlı bir konseptual sənəd də hazırlamışdılar".
Ekspertin sözlərinə görə, R. Nəbiyev "Azərkosmos"-a rəhbərlik etdiyi dönəmdə innovasiyalar və startap sahəsinin inkişafına diqqət yetirməyə çalışırdı.
"Bəs NRYTN taleyi necə olacaq, struktur dəyişikliyi aparılacaqmı? Tənzimləyici qurum necə formalaşacaq, elə nazirliyin əsasındamı yaradılacaq, yoxsa üzvləri Prezident tərəfindən təyin olunan Telekommunikasiya Şurası formalaşacaq? Dövlətə məxsus olan rabitə resurslarından özəl və dövlət sektorun bərabər əsaslarla istifadəsi təmin olunacaqmı? Rəqəmsallaşma, keyfiyyətli internet baxımından region və Bakı arasında bərabərsizlik aradan qalxacaqmı?"-deyən O. Gündüz, bu və ya digər suallarda qaldırılan problemləırin həllini vacib sayır: "Ümid edirəm və inanıram ki , yeni nazir İKT sektorunu müasir çağırışlara cavab verəcək səviyyəyə qaldıra biləcək".
Yeni nazir nələr edəcək? – Rabitə problemləri…
27
yanvar
09:13

Qarabağ
KOMMENTLƏR
"Dövlət şirkətlərində islahatlar olacaq" - “Şirkətlərdən bəziləri özəlləşdiriləcək"
Rabitə və nəqliyyat işini bilməyən Rabitə və Nəqliyyat naziri Ramin Quluzadə Rabitə nazirliyi, yoxsa saçyoldu kantoru ?
Spiker:“İslahatlar Milli Məclisin qarşısında yeni vəzifələr qoyur”
Provayderlər internet istifadəçilərinə kələk gəlir
"Milli Kibertəhlükəsizlik Strategiyası yaradılır" -
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat