Dəniz quldurlarının qətlə yetirdiyi  Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi İstanbuldan Azərbaycana göndərilib.
Bu haqda “Haber Global” məlumat yayıb. Xəbərə görə, Qvineya körfəzində yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən basqın edilib. Hadisə nəticəsində F. İsmayılov öldürülüb. F. İsmayılovun cənazəsi ötən gün İstanbula, bu gün səhər saatlarında isə Bakıya gətirilib.скачать dle 12.1