Məcburi köçkünlərin statusunun ləğv edilməsi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.
M.Abbasbəyli bildirib ki, məcburi köçkünlər hələ ki güzəştli kateqoriyada qalırlar:
“Onun fikrincə, bütün məcburi köçkünlər işğaldan azad edilən torpaqlara qayıtdıqdan sonra o güzəştlərin qalıb-qalmayacağına baxıla bilər”.скачать dle 12.1