Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva estetik cərrah Könül Ağamirovanı pasiyentləri yanlış əməliyyat etməkdə ittiham edib.
O, cərrahın insanlarını aldatdığını deyərək həkimin hədə-qorxu gəldiyini qeyd edib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan həkim Könül Ağamirova bunu təkzib edib. O, bloggerin ittihamlarının yersiz olduğunu bildirib:
“Bu ittihamlar doğru deyil, tamamilə yanlışdır. Bu tamam başqa şeydir və bununla məşğul olan insanlar var. Onlar bir tərəfdən yazanda, bunlar da digər tərəfdən qara PR-la məşğul olur. Bildirmək istəyirəm ki, həmin pasiyentlə bağlı iş mükəmməldir, hər şey qaydasındadır. Sadəcə olaraq bəziləri psixologiyaları zəif insanlardır. Haqqımda çox şeylər yazılır”.
Qeyd edək ki, A.Quliyeva adını çəkmədiyi pasiyentin bədən kiçiltmə əməliyyatından sonra vəziyyətinin daha da pisləşdiyini, bədəninin irinləyərək əyildiyini bildirmişdi. скачать dle 12.1