Yanvraın 27-29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Qazax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 10, Dövlət Sərhəd Xidmətindən 2 müraciət daxil olub.
ANAMA-dan “Yeni Sabah”a daxil olan xəbərə görə, daxil olmuş 12 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 16 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 ədəd partlamamış hərbi sursat (PHS), 59 ədəd piyada əleyhinə mina, 17 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə minanın partladıcısı, 4 ədəd bombacıq, 3 942 ədəd müxtəlif çaplı patronlar, 9 ədəd avtomat darağı (boş vəziyyətdə) və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 415 094 kv.m (1 441 ha) ərazi yoxlanılıb, 118 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 291 tikili yoxlanılıb.
Agentliyin partlayış qrupu tərəfindən 204 ədəd partlamamış hərbi sursat (PHS) və mina zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Şuşada daha bir əməliyyat keçirildi
30
yanvar
10:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat