"Mən öz vəzifəmdə, öz yerimdəyəm. Belə bir təyinat yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu AMEA İşlər İidarəsinin müdiri Elton Məmmədov bir neçə gün öncə qurumun Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. O bu dövlətə "ən sədaqətlə” xidmət edən şəxslərdən biri olduğunu bildirib:
"Təyinat AMEA-ın Rəyasət Heyətinin qərarı ilə verilir. Rəyasət Heyəti qərar verməmiş onu necə geri oxuyar? Heç bu məsələ gündəliyə də çıxarılmayıb. Mən ömür boyu bu dövlətə, bu siyasətə sədaqətlə xidmət etmişəm və ömrümün sonuna kimi də belə olacaq. Maraqlıdır ki, mətbuat Elton Məmmədovun vəzifəyə getməsi ilə bağlı məlumat yayır, amma Ziya Məmmədovun şəkilini qoyurlar. Lap yaxşı. Ziya Məmmədovun qardaşı kimdir? Bu dövlətə ən sədaqətlə xidmət edən, potensialı olan insanlar. Mənim qara gözümə, qara qaşıma vurulmayıblar ki, vəzifə verirlər. Yəqin ki, bu sədaqətli xidmətimdə, idarəçilikdə, təcrübəmdə, təhsildə mövqeyimi möhkəmləndirmişəm ki, irəli gedirəm".
Qeyd edək ki, bir necə gün öncə mətbuatda AMEA-ın İşlər İdarəsinin müdiri Elton Məmmədovun AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayılıb. AMEA isə bunun əsassız olduğunu açıqlayıb.
"Təhsildə mövqeyimi möhkəmləndirmişəm ki, irəli gedirəm” - Elton Məmmədov
30
yanvar
14:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat