Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Tarif Şurasının fevralın 1-dən su təchizatı və kanalizasiya xidmətləri tariflərinin ikiqat artırılması haqqında qərarını pisləyib.
“Tarif Şurasının milyonlarla isterhlakçının rəyini nəzərə almadan belə qərar verməsi hər hansı bir məntiqə sığmamaqla yanaşı, onsuz da pandemiya və işsizlik səbəbi ilə ağır sosial-iqtisadi durumla üzləşmiş insanımızın vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır. Yüz minlərlə insanın işsiz qaldığı, əhalinin gəlirlərinin azaldığı bir dövrdə verilən məntiqsiz və heç bir çərçivəyə sığmayan bu tip qərarlar birmənalı olaraq xalqa sayqısız yanaşmanın və etinasız münasibətin təzahürü kimi qiymətləndirilir”, deyə partiyanın bəyanatında bildirilir.
Qiymətlərin artırılmasının su infrastrukturunun yaxşılaşdırılması, əməkdaşların əməkhaqqının artırılması, habelə su sərfiyyatına qənaətlə əsaslandırılması vətəndaşların aldadılmasından başqa bir şey deyil, partiya belə hesab edir.
AMİP Tarif Şurasının qərarını işsizlikdən, yoxsulluqdan, ehtiyacdan əziyyət çəkən xalqımıza qarşı təhqir kimi qiymətləndirir və hökumətin dərhal istefa verməsini tələb edir.
AMİP hökumətin istefasını tələb etdi
02
fevral
09:43

Qarabağ
KOMMENTLƏR
Məsələ benzinin bahalaşmasında deyil, əsl BÖHRAN BURDADIR! - NƏ BAŞ VERİR?
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti niyə susur? - ETİRAZ
Təbii qazın da qiyməti qalxaqcaq? - Rəsmi açıqlama
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
“Xarici ölkə hərbçilərinin rəqqasələrlə qarşılanması alçaqlıqdır” - AMİP-dən sərt bəyanat