“Bu yaxınlarda vaksinasiya ilə bağlı “randevu” sistemi tətbiq olunmalıdır”.
Bunu APA-ya Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, vaksinasiyadan keçəcək şəxslər əvvəlcədən qeydiyyata alınacaq: “Gələn həftədən vaksinasiya prosesinin ikinci mərhələsinə başlanılması planlaşdırılır”, - deyə V.Qasımov əlavə edib.
Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyətinin, ikinci mərhələdə isə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaqlar.
Vaksinasiyanın ikinci mərhələsi başlayır - RƏSMİ
02
fevral
13:42

Qarabağ
KOMMENTLƏR
65 yaşdan yuxarı vətəndaşların diqqətinə!
“Vaksinasiya prosesi mərhələli şəkildə davam etdiriləcək“ -Nazir müavini
İkinci mərhələdə koronavirusa qarşı peyvənd kimlərə vurulacaq?
Bu gündən koronavirusa qarşı vaksinasiyaya başlanılır
Azərbaycanda ilkin mərhələdə bu şəxslərə peyvənd vurulacaq - SİYAHI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat