Balıq ovu ilə məşğul olanlar dənizdən anlayışı olan insanlardır. Dənizə balıq ovuna gedən şəxslərə möhürlü icazəni isə Dövlət Sərhəd Xidməti verir.
Bakisesi.com Trend-ə istinadən bildirir ki, bunu Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.
Onun sözlərinə görə, bəzi balıqçılar həmin möhürə məhəl qoymadan, kiminsə gözündən yayınaraq dənizə gedir: "Həmin balıqçılara səslənirik ki, belə hallara yol verməsinlər. Hava şəraiti uyğun olmayan, yaxud başqa vaxt möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda tutulduğu zaman cərimə edilir. Belə faktların sayı il ərzində çox olur".
E.Süleymanov həmçinin onu da qeyd edib ki, müvafiq ölçülərdən kiçik balıqları satanlar cəzalandırılır:
"Kimlərsə elə bilirlər ki, müəyyən ölçülərdən kiçik balıqları sata bilərlər. Bununla bağlı monitorinqlər aparılır, bazarlarda, yol qıraqlarında kiçik ölçülü balıq satanlar cəzalandırılır".
Su Nəqliyyatında Polis İdarəsi: Möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda cərimələnir
12
oktyabr
13:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat