Qobustan Milli Tarix-Bədii Qoruğunda Avropa Qayaüstü İncəsənəti Günü münasibəti ilə məktəblilər üçün "Açıq qapı" günü və 6-14 yaşlı məktəblilər arasında "The first Art of Europeans seen by Europeans of the future" (İlk avropalıların incənəti gələcək avropalıların gözü ilə) adlı ümumavropa rəsm müsabiqəsi keçirilmişdir.
Əvvəlcə qoruq ərazisindəki muzey və qayaüstü abidələrlə tanış olan, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləyən məktəblilər sonda Qobustan motivləri əsasında rəsm əsərləri çəkdilər.
Qeyd edək ki, müsabiqədə iştirak edən rəsm əsərləri peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və seçilən əl işləri ümumavropa rəsm müsabiqəsində Qobustan Milli Tarix- Bədii Qoruğunu təmsil etmək üçün göndəriləcək. Bundan başqa, seçilən əsərlər İspaniyada təşkil olunacaq sərgidə nümayiş olunmaqla bərabər nəşr olunacaq kataloqda da öz əksini tapacaq. Ümumavropa müsabiqəsində yer tutmuş əl işlərinin müəllifləri Avropa Şurası Mədəni Marşrutlar İnstitunun Prehistorik Rock Art Trails (PRAT-CARP, Qədim Qayaüstü İncəsənət İzləri) Assosiasiyası tərəfindən mükafatlandırılacaq. Avropa Qayaüstü İncəsənəti Günü ilə əlaqədar təşkil olunmuş "Açıq qapı" günündə 267 nəfər məktəbli Qobustan Milli Tarix -Bədii Qoruğunu ziyarət edib.
Qobustan Milli Tarix-Bədii Qoruğu məktəblilər üçün “Açıq qapı günü” keçirildi
12
oktyabr
17:30

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda ikinci möhtəşəm Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı başlayır
Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb
Gözübağlı rəsm çəkən azərbaycanlı rəssam adının “Ginnesin rekordlar kitabı”na düşməsinə iddialıdır -
Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə - Fotolar
Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı sərəncam imzalayıb
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər