Keçmiş Sosial müdafiə naziri Səlim Müslümovun saxlanılması ilə bağlı xəbər yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, DTX keçmiş məmuru ciddi korrupsiya faktları ilə saxlayıb.
Bildirilir ki, onun çalışdığı dövrdə 2 milyard manatdan çox dövlət vəsaiti DSMF-dən yoxa çıxıb.
Bundan başqa Müslümovlara məxsus digər şirkətlərin siyahısı açıqlanıb:
"1.”ORİON GLOBAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli ORİON PALACE Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.
2.”ORİON CONSTRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tikinti sahəsində fəaliyyət göstərir.
3.”ORİON CARS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.
4.”ORİON CREATİVE SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu – Asim Müslümlü Səlim oğlunun adına rəsmiləşdirilib.
Ağsuda Səlim Müslümovun 60 hektar, bacanağı Ənvər Seyidəliyevin isə 20 hektar sarımsaq sahəsi var. Səlim Müslümovun şəxsən özünün Pirhəsənli kəndindəki villası var.
Həmçinin Səlim Müslümovun oğlu Turqay Müslümlü Edinburq Universitetini bitirdikdən sonra biznes fəaliyyətinə başlayıb.
Onun adına 2017-ci ilin noyabrın 23-də o, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib. Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda – Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A-da hüquqi qeydiyyata alınıb. /Sfera.az
Səlim Müslümovun həbs xəbəri yayıldı
03
fevral
09:31

Qarabağ
KOMMENTLƏR
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək
ƏLİ HƏSƏNOVUN SAĞ ƏLİ FƏRMAYIL VƏLİYEV AZƏRSUDA YÜKSƏK VƏZİFƏYƏ HAZIRLAŞIR
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
Əli Həsənovun şirkətlərinin siyahısında "yaddan çıxanlar"... - SİYAHI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat