Hərəkət məhdudiyyəti olan vətəndaş evində vaksinasiya oluna bilər.
Bunu 2 nömrəli Şəhər Poliklinikasının vaksinasiya kabinetinin məsul həkimi Firuddin Hüseynov deyib.
Həkimin sözlərinə görə, evdə vaksinasiya iki halda aparılır, ya vətəndaşın öz müraciəti əsasında, yaxud sahə həkiminin təyinatı ilə:
"Məsələn, vətəndaş 1-ci qrup əlildir və hərəkət məhdudiyyəti var. Onun evinə getdikdən sonra diaqnoz qoyulur və əks göstəriş olmadıqda həmin şəxsə vaksin vurulur. Poliklinikada xüsusi konteyner var. Peyvəndləmə evdə aparılacaqsa, bu xüsusi konteynerdə vaksinlər daşınır. Onu qeyd edim ki, vaksinlər soyuq halda bir yerdən digər yerə daşınır və mütləq şəkildə soyuq temperaturu gözləmək lazımdır. Buna soyuq zəncir deyilir və bu zəncir qırılmamalıdır".
Həkim əlavə edib ki, qeyd olunan bütün proseslər heç bir ödəniş olmadan dövlət tərəfindən aparılır. Bu günə kimi hələlik bu qrupdan olan vətəndaşlardan müraciət alınmayıb. (Trend)
Xatırladaq ki, fevral ayının 1-dən etibarən ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına start verilib.
Bu şəxslər evdə vaksinasiya olunacaqlar
03
fevral
14:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat