"Qarabağ hakimiyyəti sərhədlərimizin qorunması üçün müqavilə əsasında peşəkar bölmələrin təşkili ilə məşğul olur”.
"Qarabağ Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyan yerli televiziyaya bildirib. Bununla da o, Qarabağ ordusunun buraxılacağına dair şayiələri dolayısı ilə təsdiqləyib.
Azərbaycanlı əhalinin Xankəndiyə və Xocalıya qayıdacağı haqda deyilənləri şərh edən Balasanyan bildirib ki, bu, şayiədir. Eyni zamanda o vurğulayıb ki, bu, yaxın vaxtlarda baş verməyəcək.
Beləliklə, Nikol Paşinyan və Araik Arutyunyanın Qarabağ Silahlı Qüvvələrinin buraxılmasına razılıq verməsi barədə erməni müxalifətinin məlumatları təsdiqlənməyə başlayır. Qeyd edək ki, ötən həftə separatçıların lideri Arutyunyan Moskvaya səfər edib və orada Rusiyanın güc strukturlarının nümayəndələri ilə görüşüb. Qayıdandan sonra bəyanat verib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində hər hansı statusu ola bilməz. / Turan
Qarabağ ordusunun buraxılması haqda xəbər təsdiqləndi
04
fevral
13:27

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər