Bakıda qaydaları kobud şəkildə pozan sürücü yolda digər hərəkət iştirakçısına təhlükə yaradıb. Oxuculardan biri qeydə aldığı görüntünü Avtosfer.az-a göndərərək bildirib ki, fevralın 5-i paytaxtın  Aşıq Molla Cümə küçəsində hərəkət edən zaman 10-JJ-126 qeydiyyat nişanlı “Bentley” markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib və bundan sonra yolun əks tərəfində keçərək avtomobili park edib. Ona təhlükə yarandığını bildirən sürücü qeyd edir ki, həmin şəxsə irad bildirməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək özünü haqlı çıxarmağa çalışıb.
Fəridскачать dle 12.1