“Google Chrome” brauzeri 2005-ci ildən əvvəl istehsal olunmuş kompüterlərdə və noutbuklarda işləməyəcək.
Bu barədə brauzerin daxili siyasət sənədində qeyd olunub.
“Chrome 89” yeniləməsi “Supplemental Streaming SIMD Extensions 3” (SSE3) əmrlərini dəstəkləməyən x86 arxitekturalı prosessorların dəstəklənməsini dayandıracaq. Bu, əsasən 2005-ci ilə qədər olan platformalara aid olacaq. Fərdi kompüteri “Celeron M” çipi ilə aktual “Windows 10”a qədər yeniləmək mümkün olarsa belə, ona yeni “Chrome” yükləmək mümkün olmayacaq.
“Chrome 87” və sonrakı versiyaların istifadəçiləri önümüzdəki həftələrdə dəstəklənmənin başa çatmasına dair məlumat alacaqlar. “Google”un populyar olmayan bu addımı yalnız “Windows”a aid olacaq, çünki “ChromeOS”, “Android” və “Mac” onsuz da SSE3 dəstəkli prosessorlar olmasını tələb edir. (Report)
“Google Chrome” bəzi kompüterlərdə işləməyəcək
08
fevral
21:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat