Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
*****
Azərbaycanda polkovnik-leytenant minaya düşüb.
Bu barədə Oxu.Az Müdafiə Nazirliyindən məlumat əldə edib.
Bildirilib ki, Polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb. 
O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.

скачать dle 12.1