Xəbər verdiyimiz kimi, əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib. O, övladının işgəncə gördüyünü əks etdirən fotoları öz instaqram hesabında paylaşıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu faktla bağlı araşdırma aparıldığını bildirib:
"Sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində məlumat yayılan kimi dövlət komitəsi məsələni nəzəratə götürüb. Hazırda fakt araşdırılır. Araşdınmanın nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.  İstənilən halda uşaqlara və qadınlara qarşı şiddət yolverilməzdir. Bu əməllərə yol verən şəxslər qanunvericiliklə məsuliyyətə cəlb olunurlar".
Famil Fərhadoğlu
Komitədən Mətanətin işgəncə verən oğlu ilə bağlıAÇIQLAMA


скачать dle 12.1