Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.
“Yeni Sabah”ın məlumatına görə, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.
Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:
- Sumqayıt şəhərində restoran, kafe və marketləri;
- Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;
- Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;
- Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;
- Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.
Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır. /Demokrat.az
Vəzifədən uzaqlaşdırılan generalın milyonluq biznes SİYAHISI
10
fevral
15:29

Qarabağ
KOMMENTLƏR
Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı
Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi: - Otel, restoran, qızıl mağazaları...
Rövşən Əkbərovun şok biznes siyahısı — Restoranlar, ticarət mərkəzləri, yaxta...
Təltif edilməyən generallar - SİYAHI
"Otur aşağı...səndən general olmaz" cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat