COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə istifadə edilən tibbi maskalar gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib. Bəzi mütəxəssislər bildirirlər ki, bu maskalar insan sağlamlığı üçün ziyandır.
Mövzu ilə bağlı Pravda.az-a tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov danışıb. O bildirib ki, ümumiyyətlə, tibbi maskadan istifadə etməyin həm müsbət, həm də mənfi təsirləri var: “Maska taxan zaman xaricdəki zərərli maddələrin orqanizmə düşməsi nisbətən əngəllənir. Nəfəsalma zamanı ətrafdakı virus infeksiyaları tənəffüs yollarına, ordan da ağciyərlərə keçə bilər.
Lakin nəzərə almaq lazımdır ki, nəfəsvermə zamanı isə verdiyimiz karbon qazı maskada qalır, onun havaya qarışmasının qarşısı alınır. Beləliklə növbəti nəfəsalma zamanı həmin karbon qazı yenidən udulur, yəni ağciyərdən verdiyimiz kirli havanı bir daha orqanizmimizə ötürürük. Bu səbəbdən bədəndə oksigenin miqdarının azalması nəticəsində, maskalardan daimi istifadə bir sıra orqanlara, həmçinin ürəyə də mənfi təsir göstərir. Nəticədə, halsızlıq yaranır, ürək döyüntüləri artır və s”.
R.Mahmudov həmçinin sağlıq durumu ilə bağlı da məlumat verib. O bildirib ki, hazırda səhhəti yaxşıdır və işə davam edir.
Qeyd: Rəşid Mahmudov bir müddət əvvəl Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Tibbi maska virusdan qorusa da, ziyandır – Rəşid Mahmudovdan AÇIQLAMA
19
fevral
17:11

Qarabağ
KOMMENTLƏR
Rəşid Mahmudovdan AÇIQLAMA: “O dünyadan danışıram“
Açıq havada tibbi maskalardan istifadənin effektivliyi - Həkim rəyi
Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB
Həkim baş redaktorla razılaşır: “Maskaların yerə atılması təhlükəlidir”
Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi