Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Andreas Hohlt ilə görüşüb.
Bakisesi.com xəbər verir ki, Andreas Hohlt Almaniya Bundestaqı Berlin şəhəri Müstəqil Universiteti, Humboldt adına Berlin şəhəri Universiteti, Berlin şəhəri Texniki Universiteti ilə birlikdə təşkil etdiyi Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramı haqqında danışıb.
Qonaq təqaüd proqramının təqdimat mərasiminin ADU-da keçirilməsi ilə bağlı təklif irəli sürüb. A.Hohlt 120-yə yaxın gəncin müraciət etdiyi proqrama 9 nəfər azərbaycanlı gəncin seçiləcəyini diqqətə çatdırıb. O, həmçinin ADU-nun Almaniya təhsil müəssisələri ilə münasibətdə seçilmiş universitet olduğunu vurğulayıb.
ADU-nun rektoru Kamal Abdulla təqaüd proqramının ciddi məsələ olduğunu diqqətə çatdırıb və proqramın təqdimat mərasiminin həyata keçirilməsini yüksək qiymətləndirib. Kamal Abdulla təqaüd proqramının Almaniyanın təbliği istiqamətində böyük rol oynayan məsələ olduğunu deyib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan rektor universitetin sonuncu kurs tələbələrinin yollandıqları pedaqoji və istehsalat təcrübəsi zamanı bir sıra Almaniya məktəbləri ilə danışıqlar aparıldığını söyləyib. O, Almaniya səfirliyi ilə ADU arasında əlaqələrin yüksək səviyyədə qurulmasından da söz açıb.
Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
16
oktyabr
16:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat