“Space” TV-də müvəqqəti rəhbər olaraq vəzifəsinin icrasına başlayan Kamil Şahverdiyev telekanalda hansı dəyişikliklər edəcək?
“Space” TV-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Elgün Modern.az-a açıqlamasında deyib ki, hələ ki ciddi dəyişikliklər barədə məlumat yoxdur.
Onun sözlərinə görə, Vaqif Mustafayevin vaxtından yayımlanan “Bu zalım dünyada doğulma” (Amaci) hind serialı dayandırılıb:
“Kanalın rəhbəri vəzifəsinə Kamil müəllimin təyinatından sonra “Bu zalım dünyada doğulma” serialının yayımı dayandırılıb. Bunun səbəbi isə serialın insanların zövqünə uyğun olmamasıdır”.
E.Elgün qeyd edib ki, hələ ki yeni qərarlar nəzərdə tutulmur:
“Digər hind filmlərinin yayımlanmasında heç bir problem gözlənilmir. Sadəcə, tez-tez verilməsinin mənası yoxdur. Əgər yeni hind filmləri çəkilərsə, yayımlanacaq.
Hələ ki qərar “Amaci” serialı ilə bağlıdır, əlavə dəyişikliklər olarsa, rəsmi açıqlama veriləcək”.
Qeyd edək ki, 2006-cı ildən “Space” TV-yə rəhbərlik edən Vaqif Mustafayev 2021-ci il fevralın 5-də tutduğu vəzifədən azad olunub.
Kamil Şahverdiyev “Space” TV-də rəhbər vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.
“Space” telekanalı hind filmlərinin yayımını dayandırır? - AÇIQLAMA
22
fevral
13:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat