Yaxın günlərdə Pirallahı Yüksək Texnologiyalar Parkında üç yeni zavodun tikintisinə başlanılacaq.
Bu sözləri mediaya açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli deyib.
O bildirib ki, bu gün İnnovasiyalar Agentliyinin tabeliyindəki Pirallahı və Mingəçevir Yüksək texnologiyalar parkının yeni rezidentləri qəbul olundu.
“Bununla da son üç ay ərzində rezidentlərimizin sayı on layihəyə çatdırıldı. Agentliyimizdə rezidentlik alan startaplar, şirkətlər və istehsalat müəssisələri on il vergilərdən azad olunurlar. Həmçinin, texnologiya parklarının rezidentləri texnologiya parklarının qeydiyyat şəhadətnaməsini alan və orada fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yararlana biləcəklər. Eləcə də gömrük eksportunda da üstünlüyə sahib olurlar. Bu gün rezident olan hər iki layihəmiz çox aktual olan məsələləri özündə ehtiva edir. Onlardan biri “Golden Pay” şirkərinin “Golden Shop” layihəsidir ki, bu, elektron platformadır və pandemiya zamanı aktual məsələ oldu və hazırkı dövrdə də biznes növü kimi aktual olaraq qalır. Digəri isə ölkə başçısının qarşımıza qoyduğu hədəflərə uyğun olaraq “Smart Vilage”, “Smart City” məhsul və konseptlərinin inkişaf etdirilməsidir ki, bunun da xüsusilə işğaldan azad olunan ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur.
Bu gün məhz rezident olan şirkət “Smart village” avadanlıqlarının istehsalını özündə ehtiva edir. Planımızda var ki, Pirallahı yüksək texnologiyalar parkında üç zavodun tikintisinin inşasına başlayacağıq. Hər üç zavod “Smart City” avadanlıqlarının istehsal və yığımı üçün nəzərdə tutulub”.
Bakıda 3 yeni zavod tikiləcək
22
fevral
17:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat