“Palmali Shipping” şirkətinin onlarla gəmisi Aralıq dənizindəki limanlarda tərk edilmiş vəziyyətdədir.
Yenisabah.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, “Shovket Alekperova” adlı şirkət gəmisi 9 aydır Zeytinburnuda lövbərdə gözləyir. Həmçinin şirkətin 150 işçisinin yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilmədiyi də iddia edilir. Maaşlarını ala bilməyən işçilər gəmidəki yemək və təmiz su çətinliyindən də əziyyət çəkirlər.
Hazırda “Shovket Alekperova” gəmisinin heyəti “Twitter”də paylaşım edərək səsini eşitdirməyə çalışır.
Heyətin son “tweet”ində, “9 aydır Zeytinburnuda lövbər gözləyirik. “Palmali Shipping” bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin”,-ifadələrinə yer verib.
Qeyd edək ki, digər bir hadisə Beyrutda lövbər atan “Palmali Shipping”ə məxsus bir tankerdə doqquz günlük aclıq aksiyası keçirilmişdi, heyət üzvlərinin evlərinə təyyarədə göndərilməsi ilə nəticələnmişdi. Həmin vaxt itirilmiş maaşların bir hissəsini ödəmək üçün onlara 114 min dollar təklif edilmişdi.
Bildirək ki, yanacaq tədarükçülərinə, gəmiqayırma zavodlarına və banklara təxminən 900 milyon dollar borcu olduğu ortaya çıxan Palmali Holdinqin bir çox gəmisi ələ keçirilib, lakin bununla da borclar tam ödənilməyib.
SOCAR neft şirkəti də Mübariz Mənsimova məxsus Palmali qrupuna qarşı Londondakı Beynəlxalq Arbitraj Məhkəməsində bir sıra iddia qaldırmışdı. 2018-ci ildə və ondan sonrakı dövrlərdə açılan iddialardan 3-ü həllini tapdı. London Beynəlxalq Arbitraj Məhkəməsi “Palmali”nin “Socar”a 3 məhkəmədən ümumilikdə 245 milyon dollar təzminat ödəməsinə qərar verdi.
Xatırladaq ki, 2018-ci ildə iflas edən “Palmali Shipping” şirkətinin qurucusu Mübariz Mənsimov İstanbulda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində mart ayında nəzarətə götürülüb və İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Mənsimov haqqında “FETÖ / PDY silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7.5 ildən 15 ilədək həbs cəzası verilməsi barədə cinayət işi açılıb.
“Biz qul deyilik, dənizçiyik” – Mübariz Mənsimovun işçiləri üsyan etdi
24
fevral
15:35

Qarabağ
KOMMENTLƏR
Mübariz Mənsimovun həbsxanadan gizli məktubu: “Xahiş edirəm...”
"Mübariz Mənsimova azadlıq tələb edən adamlar bizim azadlığımızı əlimizdən alıb" - NARAZILIQ!
Mübariz Mənsimovun üzünə durduğu deyilən dostundan açıqlama
5 aydır maaş ala bilməyən işçilər aclıq elan etdilər – FOTOLAR
SOCAR-dan Mübariz Mənsimovun həbsi ilə bağlı açıqlama
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat