Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Lüksemburq xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirləri şərh edib.
XİN-dən bildirilib ki, 24 fevral 2021-ci il tarixində Lüksemburq xarici işlər və Avropa məsələləri üzrə naziri Jan Asselbornun BMT İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı “Azərbaycan Dağlıq Qarabağda çoxlu dağıntılara səbəb olan hərbi hücumda və Türkiyəni onu dəstəkləməkdə” ittiham etməsi bu dövlət rəsmisinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir.
“Özünü insan hüquqları keşikçisi kimi qələmə verməyə çalışan Jan Asselborn, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayıb, bu ərazilərdə qanlı etnik təmizləmə həyata keçirərkən, 1 milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozarkən nə səbəbdən bu məsələni bir dəfə də olsun BMT İnsan Hüquqları Şurasında və ya digər müvafiq beynəlxalq platformada qaldırmayıb? Bəlkə Lüksemburq XİN-in Ermənistanın 27 sentyabr tarixində əl atdığı növbəti hərbi təxribat nəticəsində başlayan hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə döyüş əməliyyatları zonasından uzaqda yerləşən mülki insanları hədəfə aldığı, 100-dən çox günahsız azərbaycanlını qətlə yetirdiyi barədə məlumatı yoxdur?
İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə, o cümlədən Lüksemburq xarici işlər nazirinə baş ucalığı gətirməz”, - deyə şərhdə qeyd edilib.
Rəsmi Bakıdan lüksenburqlu nazirə CAVAB
25
fevral
12:52

Qarabağ
KOMMENTLƏR
Azərbaycan XİN-dən Belçika Parlamentinin qəbul etdiyi qətnaməyə CAVAB
“Ermənistanda olan azərbaycanlı əsirlərin hüquqları pozulur” - Ombudsman
Ombudsman beynəlxalq ictimaiyyətə videomüraciət edib - Video
Azərbaycan XİN Fransa XİN rəhbərinin bəyanatına cavab verdi
Leyla Abdullayeva Ermənistan XİN başçısının dediklərinə münasibət bildirib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat