Hava şəraiti ilə əlaqədar su təchizatında hər hansı bir problem və ya su kəsintisi yoxdur.
Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, hazırda “Azərsu”nun bütün mənbələri, nasos stansiyaları, magistral xətləri və digər qurğuları tam işlək vəziyyətdədir:
“Hazırda anbarlarımızda kifayət qədər su ehtiyatı var. Gün ərzində isə Suraxanı rayonu ərazisindəki xətdə qəza baş verdiyinə görə orada təmir işləri aparılır. Həmçinin, Binəqədi, Abşeron və Sabunçu rayonu ərazisində bir neçə kiçik qəza olub. Bununla bağlı hazırda ərazilərdə işlər gedir”.
Paytaxtda əhalinin bir qisminin su təchizatı ilə bağlı problemlərinin olması ilə bağlı məsələyə aydınlıq gətirən A. Cəbrayıllı əlavə edib ki, hazırda heç bir planlı su dayandırılması və yaxud hansısa əraziyə suyun verilməməsi halları mövcud deyil:
“Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən su xətlərində və sayğaclarda donma ilə bağlı müraciətlər daxil olur. Bununla bağlı əməkdaşlarımız tərəfindən lazımi tədbirlər görülür”.
Paytaxtda su kəsintisi ilə bağlı məsələyə “Azərsu”dan CAVAB
25
fevral
18:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat