Nəsimi Rayon İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elvin İsmayılov və İlham İsgəndərov saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, E.İsmayılovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 300 qramdan artıq narkotik vasitə heroin, 82 qrama yaxın psixotrop maddə metamfetamin, 3 qramdan artıq metadon və elektron tərəzi aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, E.İsmayılov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib.
Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının göstərişi ilə narkotik maddələri paytaxt ərazisində onlayn yolla satışını təşkil etməli imiş.
Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı - VİDEO
04
mart
23:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat