Sabirabad rayon, Şəhriyar kənd sakini Amid Qasımov işlə təmin olunmaq üçün dəfələrlə Sabirabad rayon Məşğulluq Mərkəzinə müraciət edib, qeydiyyatdan keçsə də, ona heç bir köməklik olunmayıb. O, bunu “Gözətçi”yə göndərdiyi şikayətində bildirib.
“Hər dəfə “vakansiya yerimiz yoxdur, özümüz sizə xəbər edəcəyik” deyirlər. Üç ildir ki, Məşğulluq İdarəsinin məni işlə təmin edəcəyini gözləyirəm”.
Amid Qasımov deyir ki, sərt karantin dövründə müxtəlif aylarda 190 manat birdəfəlik ödəmə alıb, ancaq bu da ailəsinin maddi sıxıntılarının aradan qaldırılmasına kömək etməyib:
“Ailəmiz beş nəfərdən ibarətdir, heç kim işləmir. Övladımın birinin yeddi yaşı var, nitq qüsurludur. Ona dövlət tərəfindən sağlamlığından məhrum olma üzrə ayrılan 150 manat müavinət və 50 manat baxıcı pulu heç dərman xərclərini ödəmir. Onun müalicəsini borc-xərclə ancaq edə bilirəm”, deyə Amid Qasımov bildirib.
Məsələ ilə bağlı gün ərzində dəfələrlə Sabirabad rayon Məşğulluq Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
“Hər dəfə “vakansiya yerimiz yoxdur” deyirlər...” - NARAZILIQ!
05
mart
11:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat