Cəlilabad sakini burnu sınan uşağını ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırsa da, həkim tapa bilməyib.
Rayon sakini Ramin Gözəlov deyir ki, azyaşlı oğlu axşam saatlarında velosipeddən yıxılıb və burnu sınıb. Qanaxmanı saxlamaq mümkün olmadığı üçün gecə saatlarında uşağı Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırıblar. Orda həkim tapa bilmədikləri üçün qonşu rayona, Biləsuvara üz tutublar.
Biləsuvar Mərkəzi Xəstəxanasına çatıdırılan uşağa burda da yardım edən olmayıb.
Həkimlər deyib ki, bizdə indi burun-qulaq həkimi işdə deyil. Vətəndaş bundan sonra xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva ilə əlaqə saxlayıb və kömək istəyib. Baş həkimin isə cavabı ilginc olub. O, deyib ki, “həkim yoxdur, hara istəyirsən get şikayət et. Qaldı ki, cəlilabadlısan, get öz rayon xəstəxananda uşağını müayinə etdir, bura niyə gəlmisən?”.
Baş həkimin bu cür kobud cavabından təəssüflənən R.Gözəlov Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vursa da, cavab verən olmayıb. Bundan sonra o, Moderator.az -ın redaksiyasına üz tutub və X.Ağayevanın xəstə yaxınları ilə bu cür kobud rəftarından şikayətlənib.
Məsələylə bağlı Moderator.az-ın əməkdaşı baş həkim X.Ağayeva ilə əlaqə saxlamağa çalışsa da o, telefon zənginə cavab verməyib. Biz yenə də baş həkimin mövqeyini işıqlandırmağa hazırıq. //moderator.az//
“Deyir ki, get hara istəyirsən şikayət et” - Vətəndaş baş həkimin əlindən fəryad edir...
05
mart
15:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat