“YAP-la bağlı adama nə qədər sual verərlər. Bəzi yazarlar inciməsinlər. İkibaşlı suallarla məni hara dartmaq istəyirlər!? Birincisi, gözlədiklərini ala bilməyəcəklər. İkincisi, bir daha bəyan edirəm ki, heç bir iddiam, umacağım yoxdur”.
Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının tanınmış üzvlərindən olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu bildirib.
O deyib ki, hazırda da sıravi YAP-çı olaraq qalır və siyasi mənsubiyyətini dəyişmək barədə düşünmür:
“Qurultayın qəbul etdiyi qərarlara gəldikdə isə onu deyə bilərəm ki, partiyanın daha çevik və daha səmərəli fəaliyyəti üçün bu qərarların yeni imkanlar yaradacağına ümid edirəm. Suallarını cavablandırmaqdan imtina etdiyim jurnalist dostlarım bağışlasınlar. Xahiş edərdim məni siyasətə çəkməyin. Ümumiyyətlə isə partiya ilə əlaqədar bundan sonra da hər hansı suala cavab verməyə hazırlaşmıram. Xüsusi ilə əleyhimə işləyəcək sual sahibləri özlərini çox da yormasınlar. Niyyətləri o qədər çılpaqdır ki, onları görməmək mümkün deyil”.
E.Sabiroğlu 1993–2000-cü illərdə YAP İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri olub. Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şurasının üzvü seçilib. I çağırış Milli Məclisin üzvü olub.
Eldar Sabiroğlu YAP-da qalır? - "Adama nə qədər sual verərlər…"
07
mart
13:20

Qarabağ
KOMMENTLƏR
Yeni YAP...
YAP bu gün toplanır - Tam məxfi qurultay
Prezident iranlı jurnalistin sualına sərt cavab verdi - VİDEO
“YAP-a qayıtmaq üçün cəhd etmədim” - Gülər Əhmədova Hafiz Hacıyevi seçməyinin səbəbini AÇIQLADI
“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat