Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 7-də gecə saat 5 radələrində DİN-in polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 avtomobildə olan 4 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri S.Teymurlu, H.Şirinov, C.Əşrəfli və F.Əbilov olmaları müəyyən edilib.
Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı - FOTO
08
mart
13:38

Qarabağ
KOMMENTLƏR
Azad olunmuş ərazilərə qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qanunsuz yollarla azad edilmiş ərazilərə gedənlərin NƏZƏRİNƏ: Saxlanılanlar var
DİN Qarabağa səfər etmək istəyənlərə müraciət etdi
İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olanların sayı AÇIQLANDI
Füzuliyə qanunsuz yollarla keçən 7 nəfər saxlanıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat