Azərbaycanda COVID-19-a yoluxma sayı son günlərdə artmağa davam edir. Karantin rejiminin yumşaldılması yoluxma sayının artmasına səbəb oldu. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu.
Bu sözləri açıqlamasında infeksionist Mərdan Əliyev deyib. Həkim bildirib ki, karantin tədbirləri sərtləşdirilməsə, dekabrdakı göstəricilərə dönə bilərik:
"Qarşıdan Novruz bayramı gəlir, insanların bayramlaşmaq ənənəsini nəzərə alsaq, vəziyyət kritik hal ala bilər. Vaksinasiya işləri hələ tamamlanmayıb, havalar isinməyib, odur ki, pandemiya bu bayramda insanları bir-birindən "uzaqlaşdırmağa" davam edəcək. Bayram ərəfəsində müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Bu tendensiya təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunmaqdadır".
M.Əliyev qeyd edib ki, insanlar məsuliyyət hissini itirməməlidir, 3 əsas qaydaya ciddi şəkildə əməl etməliyik:
"Qaydalar sadədir, mütləq şəkildə sosial məsafəni gözləməli və maska taxmalıyıq. Gigiyena qaydalarını da gözləməliyik. Hesab edirəm ki, bu bayramda vəziyyəti nəzarətdə saxlaya bilsək, sonrakı mərhələləri daha rahat aşa biləcəyik"./Publika.az
Vəziyyət çox pisləşə bilər... - Koronavirus xəbərdarlığı
09
mart
10:07

Qarabağ
KOMMENTLƏR
“Sərt karantin yox, qaydaları sərtləşdirmək...” - həkimlərdən COVID-19 xəbərdarlığı
“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat
Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA
Yoluxma artsa, qaydalar sərtləşə bilər - TƏBİB-dən xəbərdarlıq
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu
- “Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
- “Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü