“Azərxalça” ASC-nin İdarə Heyətinin bu il yanvarın 9-da həbs edilmiş, yanvarın 10-da isə vəzifəsindən azad edilmiş sədri Vidadi Muradovun yerinə müvəqqəti təyinat olub.
Bakısəsi Bakupost.az-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik sədr müavini İslam Səfərova həvalə edilib.
O, dövlət şirkətinin rəhbərliyində 21 iyun 2016-cı il tarixindən təmsil olunur.
Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnaməsi və strukturu təsdiq edilib.
Nizamnamə kapitalı 15 milyon manat olan Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.
Həbs olunan “Azərxalça” sədrinin yerinə müvəqqəti TƏYİNAT
09
mart
17:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat