"Yoluxma dinamikası düşərsə, teatrlar açıla bilər".
Bunu Mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, teatrların fəaliyyəti ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparılır:
"Pandemiya ilə bağlı dinamika hər zaman nəzərdən keçirilir və təbii ki, Mədəniyyət Nazirliyi də bununla bağlı sorğular ünvanlayır və hələlik müzakirələr davam edir. Dinamika əlbəttə ki, aşağı düşdüyü halda, teatrlar açılacaq. Ümüd edirik ki, mövsümün sonuna kimi bu baş verəcək. Əlbəttə, teatrlar açılsa, orada müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Əsasən, də sosial məsafənin qorunması...".
Teatrlar nə vaxt açılacaq? - RƏSMİ MÖVQE
10
mart
18:11

Qarabağ
KOMMENTLƏR