Ölkədə koronavirusun növbəti dalğası olmasa, aprel-may aylarında çox az sayda insanın iştirakı ilə toylara icazə verilə bilər.
Musavat.com xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində millət vəkili Naqif Həmzəyev deyib. O bildirib ki, Novruz bayramında vətəndaşlar karantin davranış qaydalarına əməl etməli və yalnız zəruri olarsa, yaxın qohumlarını ziyarət etməlidir:
“Gəncədə və Bakıda tibbi maskadan istifadə edilsə də, təəssüflər olsun ki, rayonlarda bu qaydalara əməl etmirlər. Bununla bağlı ictimai nəzarət də zəifdir. Həmçinin rayonlarda COVİD-19 peyvəndinə də ikili yanaşmalar var. Lakin özüm də vaksin vurdurmuşam və heç bir problem olmadı. Hesab edirəm ki, hər kəs peyvənd vurdursa, bizdə də ABŞ-dakı kimi maska taxılmaya bilər”.
Millət vəkili onu da bildirib ki, yoluxma sayında artım olarsa, qapanmalara müəyyən dərəcədə gedilə bilər:
“Koronaya yoluxma artarsa, Bakı, Abşeron və Sumqayıtda SMS icazə sistemi tətbiq edilə bilər. Ancaq biz çalışmalıyıq müəyyən məhdudiyyətlər olsa da, tam qapanmaya getməyək. Ümumilikdə isə düşünürəm ki, Novruz bayramında qapanma olmayacaq. Olsa da, bu dəfə restoran-kafe bağlanmamalıdır. Bundan başqa paytaxt sakinləri metronun açılmasını istəyir. Növbəti dalğa baş verməsə, biz yumşaldılmaların daha da artmasını görəcəyik və bu yumşaldılmalar çərçivəsində metro da açılsa, insanları sevindirə bilərik”.
Azərbaycanda toylara bu tarixdən icazə verilə bilər – VİDEO
11
mart
17:03

Qarabağ
KOMMENTLƏR
“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat
“Sədərək” və “Binə” ilə bağlı açıqlama - Gələn ay...
Azərbaycanda nə vaxt toy keçirmək mümkün olacaq?
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu