Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni kadr təyinatı olub.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, nazirin müşaviri vəzifəsinə Fərid Əhmədov təyin olunub. O, bu gündən etibarən vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, bu təyinata qədər "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. 
Qeyd edək ki, bu barədə ilk məlumatı APA yayıb.
 
 
скачать dle 12.1