“Ermənilərdən işğal etdikləri torpaqlarımızı geri aldıq, Neftçalada isə, işğal edilən yolumuzu ala bilmirik”
Bu sözləri Moderator.az-ın əməkdaşına Neftçala rayonunun Qazaxbərə kəndində yaşayan Qarabağ müharibəsi veteranı Manafov Hacı Cəfərağa oğlu bildirib.
Qarabağdan zəfərlə qayıdan veteranın sevinci uzun sürməyib. Çünki, qonşusu Manafov Ehtiram veteranın həyətinə gələn yolu zəbt edərək, yük gətirən maşınların həyətə daxil olmasına imkan vermir. Bu barədə kənd İcra Nümayəndəsindən tutmuş, İH Başçısına qədər bütün instansiyalara müraciət etsələr də heç bir faydası olmayıb.
Onu da qeyd edək ki, Manafov Ehtiramın əməlindən əziyyət çəkən tək veteranın ailəsi deyil, iddiaya görə, bu adam yolu bağlamaqla, həm də şəhid ailəsinin həyətinə gedən yolu kəsib.
Şəhidin qardaşı Hidayət Abışov əməkdaşımıza bildirib ki, qonşusu Manafov Ehtiram onların da həyətinə gələn yolu zəbt edərək, daşla bağlayıb. Bu barədə rayondakı aidiyyatı dövlət orqanlarına müraciət etsələr də, Ehtiram maddi cəhətdən imkanlı adam olduğuna görə və kənd bələdiyyəsinin sədri Müzəffər Məmmədovun yaxın qohumu olduğuna görə ona gözün üstə qaşın var deyən yoxdur.
Yolu kəsilən hər iki ailə bu gün Neftçala Rayon İH Başçısı Mirhəsən Seyidovun qəbulunda olublar. Hidayət Abışovun dediyinə görə başçı M. Seyidov şəhid anasının şikayətini sonadək dinləmədən, sözünü yarımçıq kəsib və bu məsələnin ona aidiyyatı olmadığını bildirib. Şəhidin qardaşına isə deyib ki, çox danışma, bu dəqiqə mühafizəçiləri çağıraram, səni aparıb basarlar içəri.
Şəhidin qardaşı və Qarabağ veteranı əməkdaşımıza onu da bildiriblər ki, onlar Vətənin dar günündə silaha sarılaraq, döyüşə yollanıblar və ermənilərin işğal etdikləri torpaqları düşməndən geri alıblar. Bunun əvəzidirmi ki, heç vaxt hərbi xidmətdə belə olmayan biri onların halal haqqı olan yollarını zəbt edib və bu boyda rayonda onların yolunu geri almağa qadir olan bir dövlət məmuru yoxdur.
“Budurmu Nefçalada şəhid ailəsinə, Qarabağ veteranına qayğı? Təəssüf ki, Rayon İH Başçısı Mirhəsən Seyidov nəinki, Prezidentin tapşırıqlarına əməl etmir, əksinə, onun fəaliyyətinə kölgə salır və insanlarda dövlətə, onun Prezidentinə qarş inamsızlıq yaradır” – deyə, şəhidin qardaşı bildirib.
"Neftçalada işğal edilən yolumuzu ala bilmirik..." - GİLEY
13
mart
10:35

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA