Əsli- Azərbaycan Respublikasının 1-ci vitse-prezident xanım M.Əliyevaya,
Surəti- Azərbaycan Respublikasının Baş nazir cənab Əli Əsədova,
Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab M.Cabbarova,
Azərbaycan Respublikasının Sosial Təminat naziri cənab S.Babayevə,
Azərbaycan Respublikasının Ombudsman Aparatını sədrinə,
AR Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinə,
ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi rəisinə, KİV rəhbərləinə
Şəki rayonun Baş Göynük kəndində yaşayan işsiz Bəkirov Yusif Bəybala oğlu tərəfindən
“Müqavilə üzrə 2 ay İşlədiyim sosial işə görə əmək haqqımın verilməməsi və aldığım 190 manat müavinətin verilməməsindən
Ş İ K A Y Ə T
Hörmətli xanım Mehriban Əliyeva, Bildirim ki, mənə 2020-ci ilin aprel ayı üçün işsizliyə görə cəmi bir dəfə 190 manat müavinət təyin etdilər. Yəni, 600 min nəfər sosial yardım alanların içində mən də oldum. Və həmin pulu 24 apreldə poçt şöbəsindən aldım. Aprelin 28-dən sonrakı vaxta isə məni müqavilə ilə 2 ay müddətinə sosial işə götürdülər. İyulun 1-nə qədər iki ay işləmişəm. İşə girdiyimə görə də cəmi bir dəfə aldığım 190 manat müavinəti kəsiblər. Lakin iki aylıq müqavilə əsasında ( ayda 250 manat) alacağım maaşı da kəsiblər. Yəni mən hər iki müavinətin ( 190 və ya 250 manatın) alınmasından səbəbsiz kəsiblər. ƏƏSMN-nin Şəki şöbəsindən bildirdilər ki, bu bizlik deyil, sənin maaşını Nazirlik kəsib. Nazirliyə də məktub yazdım cavab vermədilər. Adıma da bank kartı açmışdılar. Boş qalıb . pul yükləmədilər.
Bildirim ki, 5 nəfərdən ibarət ailəm var. Ikisi tələbə, biri isə şagirddir.Yoldaşım da mən də işsiz oturmuşuq evdə. Sizdən xahiş edirəm ki, işədiyim 2 aya görə əməkhaqqımın( 500 manat) və iyulun 1-dən sonra isə işləmədiyimə görə veriləsi 190 manat müavinətin dolanmağım üçün mənə verilməsinə köməklik göstərəsiniz.
Şəkidə 190 manat hoqqabazlığı... - GİLEY
15
mart
10:03

Qarabağ
KOMMENTLƏR
"DİQLAS" Ticarət mərkəzindən Prezidentə - MÜRACİƏT
Bu il sosial müdafiə və sosial təminat üzrə ayrılan xərclər hansı istiqamətlərdə xərclənəcək?
Fermerlər ölkə rəhbərliyindən kömək istədi - Müraciət...
Ev ala bilməyən məcburi köçkün ailəsi çadır qurmaq üçün yer istəyir – MÜRACİƏT
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat