Paytaxtdan bölgələrə mikroavtobuslarla sərnişin daşınır. Halbuki bir ildir sərnişinlərin kütləvi daşınmasına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilmir. Hətta ötən ilin mart ayından ölkə ərazisindəki bütün avtovağzallar belə bağlanıb.
Amma paytaxtda avtovağzalın qarşısından demək olar ki, bütün bölgələrə sərnişin daşınır. Bu, həm mikroavtobuslarla, 7-8 nəfər tutumu olan minivenlərlə, həm də 4 nəfərlik minik avtomobilləri ilə həyata keçirilir.
Sürücülər təsdiq edirlər ki, hər gün paytaxtdan bölgələrə, o cümlədən də əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurlar.
Sərnişinlər də şəhərlərarası avtobuslar işləmədiyindən əlacsız qalıb bu tip nəqliyyat vasitələri ilə rayonlara getdiklərini deyirlər. Baxmayaraq ki, balaca bir avtomobildə 7-8 nəfər yaxın təmas şəraitində 4-5 saat yol qət edirlər. Belə olduqda da virusa yoluxma riski daha yüksək olur.
Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, sürücülərin hansısa icazə əsasında fəaliyyət göstərmələrinə dair dedikləri yalandır və bütün sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir. Amma o deyib ki, belə sürücülər və yaxud da daşıyıcı şirkərtlərlə bağlı hər hansı bir ölçü götürmək mümkün deyil. Bəs bu cür kiçiktutumlu avtobuslarda yoluxma halının qarşısını almaq üçün şəhərlərarası ictimai nəqliyyatın hərəkətinə icazə verilə bilərmi?
Nuridə Allahyarova bildirdi ki, əgər ictimai nəqliyyatın rayonlara gediş-gəlişinə rəsmi qaydada icazə verilsə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə bağlı qabaqlayıcı tədbirlər görəcək. /Xəzərxəbər
Rayonlara gedənlərin nəzərinə! - Buna icazə verilmir
16
mart
10:32

Qarabağ
KOMMENTLƏR
Rayonlara qrup turlarının təşkilinə icazə verilirmi? - AÇIQLAMA
Mikroavtobuslar rayona buraxılmır: Taksi iki dəfə bahalaşıb: - “7 nəfər tutumu olanlar gedə bilər, ancaq...”
Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ — VİDEO
Bakıdan rayonlara və əks istiqamətdə necə gəlmək olar? — DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycanda sərnişinlərin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat