Azərbaycan daha bir beynəlxalq konvensiyanı təsdiq edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcək. Eyni zamanda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə, həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat verilmir. Azərbaycan bəyan edilən bu halları istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaq.
Layihə müzakirələrdən sonra çıxarılaraq qəbul edilib.
Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib
22
oktyabr
18:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat