Bu şəhərin 11 müəllimi və 9 şagirdində koronavirus aşkarlanıb
17
mart

Son bir ayda koronavirus pandemiyası səbəbindən Gəncə şəhərində tam 6 məktəbin əyani tədirisi dayandırılıb. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən ilk olaraq 26, daha sonra 12 nömrəli orta tədris müəssisələrinin ardından 31 ,36, 30 və 13 nömrəli məktəblərdə də covid 19 virusu aşkar edilib. Nəticə etibarı ilə sözügedən tədris müəssisələrində ümumilikdə 11 müəllim və texniki işçi və 9 şagirddə koronavirus pandemiyası aşkar olunub. Novruz bayramı ilə bağlı yaranan fasiələdən istifadə edilməklə Gəncə şəhərində fəliyyət göstərən 40-dan artıq orta tədris müəssisəsində dezinfeksiya işlərinə başlanılacaq
KOMMENTLƏR