Martın 16-da saat 16 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşənlərdən ikisi müalicə üçün Bakıya göndərilib.
Bu barədə həkim-travmatoloq-ortoped Ayxan Bayramov məlumat verib.
O bildirib ki, Hüseynov Akif Muxtar oğlu gecə saatlarında xəstəxanaya daxil olub:
“Ağdam rayonu, Yusifcanlı kəndi ərazisində mina partlaması nəticəsində xəsarət alıb. Sağ baldır sümüklərinin, pəncə sümüklərinin açıq sınığı, sol pəncənin hər iki topuğunun sınığı var. Xəstənin ümumi vəziyyəti orta ağırdır. Hazırda tibbi yardım göstərilir”.
Qeyd edək ki, Ağdam rayonunun Əfətli kənd sakinləri - 1985-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Abdulov hər iki gözündən zədə aldığı üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilib.
Xatırladaq ki, martın 16-da saat 16 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədi ilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Ağdamda minaya düşənlərdən ikisi Bakıya göndərilib
17
mart
15:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat