Ötən gün Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfəri baş tutub. Səfər zamanı Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının heç bir nümayəndəsi nəzərə çarpmayıb.
Bununla bağlı açıqlama verən Müsavat Partiyasının sədri Arif Hacılı Prezident Administrasiyandan onlara da təklif gəldiyini, lakin partiyanın bu təklifi qəbul etmədiyini bildirib:
“Bəli, bizə də Ağdama səfər etmək təklif olunmuşdu, lakin bizdən heç kim iştirak etmədi. Mənə elə gəlir ki, siyasi partiyaların, ölkə vətəndaşlarının Azərbaycan ərazisinə getmək üçün xüsusi müşayiətə ehtiyacı yoxdur. Şuşaya və digər ərazilərimizə getmək üçün mənə şərait yaradılması, yolumun kəsilməməsi üçün müraciət etmişəm. Təəssüf ki, mənim bu müraciətim cavabsız qalıb. Biz, ümumiyyətlə, son dövrlərdə Prezident Administrasiyası tərəfindən yaradılmış “Siyasi partiya rəhbərləri” formatında iştirak etmirik. Səbəblər barədə mətbuata dəfələrlə açıqlama vermişik, xüsusi əlavəm yoxdur”.
Müsavat Qarabağa getməkdən niyə imtina etdi? - Arif Hacılıdan açıqlama
18
mart
15:12

Qarabağ
KOMMENTLƏR
Siyasi partiya sədrləri bu gün azad edilmiş torpaqlara gedir
Siyasi partiyaların sədrləri Qarabağa gedəcək
Müsavat başqanından Azərbaycanın xarici siyasət kursuyla bağlı açıqlama: “Alqışlayıram!“
Arif Hacılı başqanlığa namizədliyini irəli sürdü
Debatda bir-birini təhqir etdilər - Tərbiyəsiz, səviyyəsiz...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat