Koronavirusa yoluxmada son günlər baş verən artım, xüsusilə dəfələrlə artıq ölümcül olması ilə seçilən Britaniya ştammının qonşu ölkələrdə aşkarlanması və Azərbaycanda da yayılması Novruz bayramı günlərində məhdudiyyətlərin tətbiqini gündəmə gətirib.
 Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün saat 16:00-da brifinq keçirəcəyi gözlənilir. Brifinqdə karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı qərarın veriləcəyi ehtimal edilir.скачать dle 12.1