Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində qanunsuz olaraq fəaliyyət göstərən qumarxanalar aşkar edilib.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat tədbirlərindən biri paytaxtın Xətai rayonu ərazisində baş tutub.
Belə ki, Baş İdarəyə vətəndaş Rəşad Rzayevin yaşadığı evdə kartla qumar oyunlarını təşkil etdiyi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində təşkilatçı ev sahibi Rəşad Rzayev, həmçinin orada qumar oynayan daha 5 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. Evə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda milli və xarici valyuta, eləcə də, iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.
Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə Qaraçuxur qəsəbəsində restoranlardan birində gizli şəkildə qumar oyunlarının təşkil edildiyi məlum olub. Əməliyyat nəticəsində obyektin sahibi Elmar Hüseynovun işçiləri Anar Həsənov və Tural Həsənzadə ilə birlikdə həmin məkanda qumar oyunları təşkil etdikləri müəyyən edilib. Obyektə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda pul vəsaiti və digər maddi sübutlar aşkar edilərək götürülüb. Adları sadalanan şəxslərlə bərabər orada qumar oynayan daha 9 nəfər saxlanılaraq Baş İdarəyə gətiriliblər.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, qumar oyunlarını təşkil edən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs və digər növdən olan qətimkan tədbirləri seçilib, istintaq tədbirləri davam etdirilir.
"Bandotdel" ƏMƏLİYYAT KEÇİRDİ - VİDEO
19
mart
16:09

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər